“Bavariya” portuqaliyalı futbolçusunu “Tottenhem”ə icarəyə verdi

İdman

Bakı. Trend:

Joao Palinya “Tottenhem”ə keçib.

Trend xəbər verir ki,
İngiltərə klubu “Bavariya”nın yarımmüdafiəçisini satın alma hüququ
ilə icarəyə götürdüyünü rəsmi şəkildə açıqlayıb.

İnsayder Florian Plettenberqin məlumatına görə, Münhen klubu bu
icarə müqaviləsindən bonuslar da daxil olmaqla 5 milyon avroya
qədər gəlir əldə edəcək. Əgər “Tottenhem” satın alma opsiyasını
aktivləşdirərsə, əlavə olaraq 25 milyon avro və üstəlik 5 milyon
avroya qədər bonus ödənişi həyata keçiriləcək.




Bundan əlavə, London klubu Palinyanın vergilər çıxılmamış illik
təxminən 10 milyon avroluq maaşını tam şəkildə üzərinə götürüb.

Portuqaliyalı futbolçu “Bavariya”da cəmi bir mövsüm keçirmiş və
Bundesliqada 17 oyunda meydana çıxmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir