Bədii gimnastika üzrə Sumqayıt şəhər birinciliyi başa çatıb (FOTO)

İdman

Bakı. Trend:

3 avqust tarixində Sumqayıt Olimpiya İdman Kompleksində
keçirilən açıq Sumqayıt şəhər birinciliyi uğurla başa çatıb.

Trend xəbər
verir ki, yarışda Abşeron-Xızı regionunu təmsil edən Abşeron OİK,
Sumqayıt OİK və “Ocaq Sport” Klubunun Xırdalan bölməsindən
ümumilikdə 30 gimnast iştirak edib.

Gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş
kateqoriyaları üzrə çoxnövçülük proqramında çıxış ediblər. Təsnifat
mərhələsində fərqlənən idmançılar medal və diplomla
mükafatlandırılıblar.

Kiçiklər yaş kateqoriyası üzrə:

2018-ci il təvəllüdlülər: I və II yerlər – Sumqayıt OİK, III yer
– Abşeron OİK;
2019-cu il təvəllüdlülər: I, II və III yerlər – “Ocaq Sport”
Klubunun Xırdalan bölməsi

Balacalar yaş kateqoriyası üzrə:




2015-2017-ci il təvəllüdlülər: I yer – Sumqayıt OİK, II yer
-“Ocaq Sport” Klubunun Xırdalan bölməsi, III yer – Abşeron OİK

Yeniyetmələr yaş kateqoriyası üzrə:

2012-ci il təvəllüdlülər: I və II yerlər – Abşeron OİK, III yer
– Sumqayıt OİK
2013-2014-cü il təvəllüdlülər: I və II yerlər – Abşeron OİK, III
yer – Sumqayıt OİK

Gənclər yaş kateqoriyası üzrə:

2010-2011-ci il təvəllüdlülər: I yer – Abşeron OİK, II və III
yerlər – Sumqayıt OİK

Yarış boyunca gimnastlar yüksək motivasiya və estetik çıxışları
ilə seçiliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir