“Qarabağ”ın pley-off-da mümkün rəqibi bəlli olacaq

İdman

Bakı. Trend:

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının
pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Trend xəbər
verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial
rəqibini öyrənəcək.

Püşkatma zamanı “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) cütü
səpələnməmişlər səbətində yer alacaq. Bu cütün qalibi pley-off
mərhələsində səpələnmişlər səbətində yer alacaq aşağıda adları qeyd
edilən komandalardan biri ilə qarşılaşacaq:

– “Bude-Qlimt” (Norveç)
– “Seltik” (Şotlandiya)




Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri
ilə:

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və
26/27 avqust tarixlərində keçiriləcək.

Bu gün həmçinin Avropa Liqasının da pley-off mərhələsinin püşkü
atllacaq. Bu zaman “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya)
cütünün məğlunun da rəqibi bəlli olacaq. Avroliqada
pley-mərhələsinin püşkatma mərasimi isə Bakı vaxtı ilə saat
15:00-da başlanacaq.