“Sabah” və “Araz Naxçıvan”ın potensial rəqibləri bəlli olacaq

İdman

Bakı. Trend:

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının
pley-off mərhələsinin püşkü atılacaq.

Trend xəbər
verir ki, bu gün Azərbaycan təmsilçiləri “Araz-Naxçıvan” və “Sabah”
komandaları da potensial rəqiblərini öyrənəcək.

Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir.
“Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın
“Levski” klubu ilə qarşılaşacaq.

Püşkatmada “Araz-Naxçıvan” – “Ominiya” cütü səpələnmişlər
səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” –
Sabah” cütü isə səpələnməmişlər səbətində yer alacaq.

“Sabah”ın potensial rəqibləri

“AZ Alkmaar” (Niderland) – “Vaduz”(Lixtenşteyn) cütünün
qalibi

“Anderlext” (Belçika) – “Şerif” (Moldova)

“Luqano” (İsveçrə) – “Selje” (Sloveniya)

“Rayo Valyekano” (İspaniya)




“Rasinq” (Fransa)

“Araz Naxçıvan”ın potensial rəqibləri

“Riqa” (Latviya) – “Beitar” Yerusəlim (İsrail) cütünün
qalibi

PAOK FK (Yunanıstan) – “Volfsberqer” (Avstriya)

“Rusenborq” (Norveç) – “Hammarbü” (İsveç)

“Hekken” (İsveç) – “Brann” (Norveç)

Qeyd edək ki, “Kristal Pelas” FK (İngiltərə). Turnirdə iştirakı
hazırda davam edən hüquqi proseslərə bağlıdır.

Püşkatma mərasimi saat 16:00-da başlayacaq. Pley-off oyunları
isə 21 və 28 avqustda keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir