
Bakı. Trend:
Basketbolun 3×3 növü üzrə Dünya Seriyasının Bakıda keçiriləcək
mərhələsinin iştirakçıları müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından Trend-ə verilən məlumata
görə, yarışda 13-ü milli, 3-ü klub olmaqla ümumilikdə 16 komanda
iştirak edəcək.
Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25),
Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya
yığmaları və Xorvatiyanın “Zaqreb”, Çinin “Şanxay”, Rumıniyanın
“Rapid” klubları çempionluq uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, avqustun 23-24-də keçiriləcək Səbail mərhələsinin
oyunları Fəvvarələr Meydanında baş tutacaq.