“Arsenal”ın futbolçusu Bundesliqaya keçə bilər

İdman

Bakı. Trend:

“Arsenal”ın yarımmüdafiəçisi Fabio Vieyra karyerasını Almaniya
Bundesliqasında davam etdirə bilər.

Trend-in
məlumatına görə, “Ştutqart” portuqaliyalı futbolçunu heyətinə
qatmaq niyyətindədir. Bu barədə “The Athletic” nəşri xəbər
yayıb.




Almaniya klubu 25 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün “Arsenal”a rəsmi təklif göndərib. Hazırda klublar arasında
transferlə bağlı danışıqlar davam edir.

Qeyd edək ki, Fabio Vieyra ötən mövsümü icarə əsasında
Portuqaliyanın “Portu” klubunda keçirib. O, komandanın heyətində 42
oyuna çıxaraq 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Spread the love