“Şamaxı” Ravil Qafarovu heyətinə qatdı

İdman

Bakı. Trend:

“Şamaxı” klubu yeni mövsüm üçün heyətini formalaşdırmaq
istiqamətində çalışmalarını davam etdirir.

Trend xəbər verir
ki, komanda Ravil Qafarovu transfer edib. Bu barədə klubun mətbuat
xidməti məlumat yayıb. 20 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik
müqavilə imzalanıb.




Qeyd edək ki, “Şamaxı” bundan əvvəl Emil Süleymanov, Oruc
Məmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, Cezar
Henrique, David Thomaz Dos Santos Oliveira, Rikardo Apolinario və
Bilal İsmayılovu da heyətinə qatıb.