Hollandiyalı futbolçular FIFA-ya qarşı bir milyard avroluq kollektiv iddiaya hazırlaşır

İdman

Bakı. Trend:

Bir qrup hollandiyalı futbolçu transfer qaydalarına görə
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) qarşı
ümumavropa səviyyəsində kollektiv iddia qaldırmağa hazırlaşır.

Trend xəbər verir
ki, bu barədə “Reuters” agentliyi “Justice for Players” (“Oyunçular
üçün ədalət”) fonduna istinadla məlumat yayıb.




Futbolçuların iddiasına görə, FIFA-nın tətbiq etdiyi transfer
siyasəti onların gəlirlərinin bir hissəsini itirməsinə səbəb olur.
Bu səbəbdən də futbolçular quruma qarşı hüquqi mübarizəyə başlamaq
niyyətindədirlər.

Fondun məlumatına əsasən, futbolçulara dəymiş ümumi zərər
təxminən bir milyard avro məbləğində qiymətləndirilir.