“Qarabağ” – “Şkendiya” oyununun biletləri satışa çıxarılır

İdman

Bakı. Trend:

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində
keçiriləcək “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununun
biletləri avqustun 5-i saat 12:00-dan etibarən satışa
çıxarılacaq.

Trend xəbər verir
ki, bu barədə Ağdam təmsilçisinin Mətbuat Xidməti məlumat
yayıb.

Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Biletlərin qiyməti 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq VIP Lounge
üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin
qiyməti 300 manat müəyyən edilib.




Biletləri aşağıdakı məntəqələrdən əldə etmək mümkündür:

iTicket.az
onlayn satış platforması və fiziki satış məntəqələri;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir