
Bakı. Trend:
“Turan Tovuz” bu gün Türkiyə təlim-məşq toplanışı çərçivəsində
sonuncu yoxlama oyununa çıxacaq.
Trend xəbər
verir ki, Kurban Berdıyevin komandası Mərakeş təmsilçisi “Vidad”la
üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Turan Tovuz” bunadək “Çorum” və “Keçiörengücü”
ilə (hər ikisi Türkiyə) heç-heçə edib – 1:1, 0:0, “Flamurtari”yə
(Albaniya) uduzub – 0:1.