“Araz-Naxçıvan” heyətini yeni oyunçu ilə gücləndirib

İdman

Bakı.Trend:

UEFA Çempionlar Liqasında oynayacaq “Araz-Naxçıvan” yeni
transfer edib.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan çempionu braziliyalı futzalçı
Aleksanderson Teyşeyra Barbosanı transfer edib.




Razılaşmaya əsasən, oyunçu ilə 1 illik müqavilə imzalayıb. 25
yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetısu” klubunda
keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin
mərhələsində F qrupunda yer alacaq. Naxçıvan klubu avqustun 27-də
Şimali İrlandiyanın “Sparta” (Belfast), ertəsi gün Şotlandiyanın
PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə
qarşılaşacaq.