
Bakı. Trend:
“Omoniya” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində
“Araz-Naxçıvan”la oyun üçün azarkeşlərini Bakıya gətirə
bilməyəcək.
Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Komandamızı Azərbaycana daşıyacaq uçuş üçün tələb olunan bütün
icazələr yalnız bu gün verildiyi üçün, təəssüf ki, azarkeşlərin
təyyarəyə daxil edilməsinə vaxt yoxdur.
Bu, o deməkdir ki, oyunçularınmızı dəstəkləmək üçün Azərbaycanda
komandamızla birgə azarkeşlərimiz olmayacaq”, – deyə məlumatda qeyd
edilib.
Qeyd edək ki, avqustun 7-də “Dalğa Arena”da keçiriləcək
“Araz-Naxçıvan” – “Omoniya” matçı saat 20:00-da start götürəcək.
Cavab oyunu 1 həftə sonra Kiprdə baş tutacaq.