Fatih Terimin yeni ünvanı bəlli oldu

İdman

Türkiyənin tanınmış futbol mütəxəssisi Fatih Terim məşqçilik karyerasını davam etdirmək qərarına gəlib.

Milli.Az xəbər verir ki, “Qalatasaray”dan ayrıldıqdan sonra “Panatinaikos” və “Əl-Şabab” kimi klublarda çalışan 71 yaşlı mütəxəssis yenidən ərəbdünyasına qayıdır. Transfermarkt-ın məlumatına görə, Fatih Terim Birləşmiş Ərəb Əmirliklərində bir klubu idarə edəcək və bu məqsədlə bu gün Dubaya yollanacaq.

Qeyd edək ki, Terim ötən mövsüm Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda 23 rəsmi oyunda 12 qələbə, 4 heç-heçə və 7 məğlubiyyət əldə edib. Bu nəticələrə əsasən, təcrübəli çalışdırıcı orta hesabla 1,74 xal toplayıb.




Mövsümün sonunda komandadan ayrılan Terim, yeni bir səhifə açaraq, karyerasını BƏƏ-də davam etdirməyə hazırlaşır.

Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir