“Kəpəz” sabiq futbolçusunu transfer edib

İdman

Bakı. Trend:

“Kəpəz” sabiq futbolçusu Olavale Onanuqanı yenidən qaytarıb.

Trend xəbər verir ki, bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.




Məlumata görə, 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Nigeriyalı yarımmüdafiəçi 2023/2024 mövsümündə də “sarı-göylər”in
formasını geyinib.

O, “Kəpəz”də meydana çıxdığı 27 oyunda 2 qol müəllifi olub.
Futbolçu Gəncə təmsilçisindən ayrıldıqdan sonra “Əl-Nəsr” (Küveyt)
və “Bney Yehuda” (İsrail) klublarında çıxış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir