“Qəbələ” fransalı hücumçu ilə müqavilə imzalayıb

İdman

Bakı. Trend:

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti
transferini gerçəkləşdirib.

Trend-in
məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Məlumata əsasən, “qırmızı-qaralar” İbrahim Sanqareni heyətinə
qatıb. 31 yaşlı fransalı hücumçu ilə 1 illik müqavilə
imzalanıb.




Forvardın son klubu İsrail təmsilçisi “Hapoel” (Hadera) olub.
Futbolçu Fransada “Lentente”, “Şambli”, “Avranş”, “Oser”, “Kretey”,
“Orlean”, “Le Puy”, Türkiyədə “Giresunspor”, “Menemenspor”, Kiprdə
“Otelyos” klublarının da formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək Prins Ovusu, Paulo Quimbila,
İsaak Amoa, Adriel Ba Loua və Eduardo Kundeni transfer edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir