"Qarabağ" fasiləyə üstün yollandı – YENİLƏNİB

İdman

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.

Modern.az xəbər verir ki, Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüşün fasiləsinə Ağdam klubu 1:0 hesablı üstünlüklə yollanıb.

Qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edir.

Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” matçı start götürüb.

Modern.az xəbər verir ki, qarşılaşma “Todor Proeski” stadionunda keçirilir.

Görüşü slovakiyalı referi İvan Krujlyak idarə edir.

***

21:03

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Şkendiya” (Şimali Makedoniya) və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

Modern.az-ın məlumatına görə, “Todor Proeski” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: Kochalski, Silva, Zoubir, Addai, Mustafazade, Leandro Andrade, Kady, T. Bayramov, Pedro Bicalho, Medina, Akhundzade

“Şkendiya: Gaye, Trumçi, Ramadani, Cake, Alhassan, B. Ibraimi, Krasniqi, Webster, Fetai, Tamba, Latifi