
Bakı. Trend:
1998-ci il dünya çempionatı və 2000-ci il Avropa çempionu
Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra futbol üzrə
Fransa milli komandasının baş məşqçisi olacaq.
Trend-in
məlumatına görə, bu barədə “RMC” telekanalının jurnalisti Jilber
Brisbua xəbər verib.
“Deşam 2026-cı ildə gedəcək. Bir ildən sonra bizdə Zidan olacaq.
Hər şey həll olundu, bu, çox sevindiricidir!” – deyə Brisbua
bildirib.
Qeyd edək ki, yanvarda “Reuters” agentliyi Fransa Futbol
Federasiyasına istinadən xəbər verib ki, Didye Deşam Kanada, ABŞ və
Meksikada keçiriləcək 2026-cı il dünya çempionatından sonra milli
komandanın baş məşqçisi postunu tərk edəcək.