“Qarabağ” Şimali Makedoniya klubuna qalib gəlib – UEFA Çempionlar Liqası (YENİLƏNİB)

İdman

Bakı. Trend:

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali
Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən
ilk oyun başa çatıb.

Trend-in
məlumatına görə, Skopyedə yerləşən “Todor Proeski” stadionunda
təşkil edilən görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə
yekunlaşıb.

Yeganə qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edib.

xxx

22:31




Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov
adına Respublika Stadionunda keçiriləcək.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali
Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən
ilk oyun başlayıb.

Trend-in
məlumatına görə, komandalar arasında keçirilən oyunda artıq hesab
açılıb.

Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən
görüşün 18-ci dəqiqəsində Toral Bayramov penaltidən fərqlənib.

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edir.

Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov
adına Respublika Stadionunda keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir