
Bakı. Trend:
Gürcüstan futbol millisinin müdafiəçisi Saba Qoqliçidze
İtaliyanın “Udineze” klubuna keçib.
Trend-in
məlumatına görə, bu barədə İtaliya klubunun mətbuat xidməti
bildirib.
21 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi müqavilə
imzalanıb.
S.Qoqliçidze 2024-cü ilin yanvarından “Empoli”də çıxış edib.
Ötən mövsüm müdafiəçi İtaliya klubunda 36 oyun keçirib və 1
məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı bildirib ki, “Udineze” Qoqliçidze üçün 4
milyon avro ödəyib (Transfermarkt-a görə).

