
Bakı. Trend:
Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə start
verilib.
Trend-in
məlumatına görə, mərhələnin ilk oyununda yalnız bir görüş baş
tutub.
Farer adalarını təmsil edən “Klaksvik” doğma meydanda Belarusun “Neman” klubunu 2:0 hesabı ilə məğlub edib. Qalib komandanın hər
iki qolu ilk hissədə vurulub.
Qeyd edək ki, mərhələnin qalan qarşılaşmaları avqustun 7-də
keçiriləcək.