Çempionlar Liqasında daha 6 oyun

İdman

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk
oyunlarına yekun vurulacaq.

Trend xəbər
verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma keçiriləcək.

“Qarabağ”ın pley-offda potensial rəqibləri olan “Ludoqorets”lə
(Bolqarıstan) və “Ferentsvaroş” (Macarıstan) da üz-üzə gələcək.
Bolqarıstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da
başlayacaq.

Günən digər diqqətçəkən matçlarıından biri Niderlandda olacaq.
Burada Türkiyənin “Fənərbaxça” klubu “Feyenoord”un qonağı
olacaq.

Qeyd edək ki, mərhələnin cavab oyunları avqustun 12-də və 13-də
keçiriləcək.

7 avqust

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar

19:00. “Kayrat” (Qazaxıstan) – “Slovan” (Slovakiya)

21:00.”Zalsburq” (Avstriya) – “Brügge” (Belçika)




21:30. “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş”
(Macarıstan)

22:30.”Lex” (Polşa) – “Zrvena Zvezda” (Serbiya)

23:00. “Feyenoord” (Niderland) – “Fənərbaxça” (Türkiyə)

23:00.”Nitsa” (Fransa) – “Benfika” (Portuqaliya)

6 avqust

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) – 0:0

“Dinamo” (Kiyev, Ukrayna) – “Pafos” (Kipr) – 0:1

“Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan) –
0:1

“Reyncers” (Şotlandiya) – “Viktoriya” (Plzen, Çexiya) – 3:0.