
Bakı. Trend:
“Qəbələ” komandası futbolçusu Abdullahi Şuaybu ilə yollarını
ayırıb.
Klubdan Trend-ə
verilən məlumata görə, nigeriyalı oyunçu ilə müqaviləyə qarşılıqlı
razılaşma əsasında xitam verilib.
2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən
Abdullahi Şuaybu “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.