Boksçularımız MDB Oyunlarının hazırlığına başlayıblar

İdman

Bakı. Trend:

Yeniyetmə oğlan və qız boksçulardan ibarət Azərbaycan millisi
təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, hazırlıq Bakı
Boks Mərkəzində keçirilir.

Bildirilib ki, toplanışa ölkənin ən güclüləri cəlb olunublar.
Məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.




Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət millimiz
paytaxtda avqustun 15-dək hazırlıq keçəcək. Komanda toplanışın
növbəti mərhələsi üçün ölkə xaricinə yollanacaq. İlkin Ağayevin baş
məşqçisi olduğu qızlardan ibarət yığmanın məşqləri isə Bakıda davam
edəcək.

Qeyd edilib ki, toplanış ölkəmizdə keçiriləcək III MDB
Oyunlarına hazırlıq xarakteri daşıyır.