
Bakı. Trend:
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak
edəcək “Araz-Naxçıvan”ın yer aldığı qrupun oyunlarını idarə edəcək
hakimlər açıqlanıb.
Trend xəbər
verir ki, UEFA dörd referiyə təyinat göndərib. Orest Dutsiak
(Ukrayna), Qonsalu Felipe Santuş Duarte (Portuqaliya), Vladimir
Sebek (Monteneqro) və Aleksandar Vanqelov (Bolqarıstan) iş başında
olacaq. Hakim-inspektor funksiyasını isə Talal Daravşi (İsrail)
yerinə yetirəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin
mərhələsində F qrupunda yer alacaq. Komanda avqustun 27-də Şimali
İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın PYF,
avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” klubları ilə
qarşılaşacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız
qrup qalibi əsas mərhələyə yüksələcək.