
Bakı. Trend:
İngiltərənin “Liverpul”un klubunun hücumçusu Darvin Nunes
karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Trend xəbər
verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, “Əl-Hilal” uruqvaylı forvardın transferini
yekunlaşdırmaq üzrədir.
“Liverpul” ərəblərin 53 milyon avro və bonuslardan ibarət
təklifini qəbul edib.
26 yaşlı futbolçunun keçidi yaxın günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, Darvin Nunes 2022-ci ilin yayında “Benfika”dan
“Liverpul”a transfer edilib. Uruqvay millisinin üzvü ötən mövsüm
İngiltərə çempionunun heyətində meydana çıxdığı 45 rəsmi matçda 7
qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.