
“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.
Trend xəbər verir ki,Elnur
Məmmədli klubun mətbuat xidmətinin rəhbəri təyin edilib.
O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri
vəzifəsini tutub.
Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin
sonlarında başlayıb.
O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman
şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət
göstərib.