"Şamaxı"nın yeni oyunçusu açıqlandı

İdman

“Şamaxı” heyətinə yeni futbolçu cəlb edib.

Modern.az xəbər verir ki, bölgə təmsilçisi Abdullahi Şuaybunun keçidini rəsmiləşdirib.

23 yaşlı nigeriyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

O, son olaraq “Qəbələ”də çıxış edib.