
Bakı. Trend:
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları
keçirilir.
Trend xəbər
verir ki, bu gün Azərbaycan klublarından “Sabah” da meydana
çıxacaq.
2-ci mərhələdə “Petrokub”u (Moldova) mübarizədən kənralaşdıran
(2:0, 4:1) təmsilçimiz Bolqarıstanda “Levski”nin qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
7 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
22:00. “Levski” (Bolqarıstan) – “Sabah” (Azərbaycan)
Baş hakim: Duje Strukan (Xorvatiya)
Sofiya.”Georgi Asparuxov” stadionu
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 12-də
Bakıda “Bank Respublika Arena”da keçiriləcək və saat 20:00-da
başlayacaq.