“Qarabağ”dan ayrılan futbolçunun yeni klubu məlum olub

İdman

Bakı. Trend:

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia Səudiyyə
Ərəbistanının “Əl-Feyha” komandasına keçib.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, PRO liqa təmsilçisi əlcəzairli futbolçu ilə 1
illik müqavilə imzalayıb.




30 yaşlı yarımmüdafiəçi ərəb klubuna azad agent kimi keçib.

Qeyd edək ki, Y.Benzia 2023-2025-ci illərdə “Qarabağ”da çıxış
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir