İlin ən yaxşı futbol klubu mükafatına namizədlər açıqlanıb

İdman

Bakı. Trend:

“France Football” nəşri 2025-ci ilin ən yaxşı kişi futbol klubu
mükafatına namizədləri açıqlayıb.

Trend xəbər
verir ki, siyahıda 5 komanda yer alıb.

Bunlar “Barselona” (İspaniya), “Botafoqo” (Braziliya), “Çelsi”
(İngiltərə), “Liverpul” (İngiltərə) və PSJ-dir (Fransa).




Qalib komandanın adı sentyabrın 22-də Fransanın paytaxtı Parisdə
keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

Qeyd edək ki, bu mükafata son olaraq İspaniyanın “Real Madrid”
klubu sahib çıxıb.

Spread the love