“Sabah” Bolqarıstanda minimal hesabla məğlub oldu

İdman

Bakı. Trend:

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” III
təsnifat mərhələsində ilk oyununa çıxıb.

Trend-in
məlumatına görə, Bakı klubu səfərdə Bolqarıstanın “Levski”
komandası ilə qarşılaşıb. Sofiyanın “Georgi Asparuxov” stadionunda
keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə
yekunlaşıb.




Görüşün yeganə qolunu oyunun əsas vaxtına əlavə olunmuş 8-ci
dəqiqədə Borislav Rupanov vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də
Bakıda baş tutacaq.