
Bakı. Trend:
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına
yekun vurulub.
Trend-in
məlumatına görə, son oyun günündə ümumilikdə 10 qarşılaşma
keçirilib.
Qeyd edək ki, komandalar arasında cavab oyunları bir həftə sonra
– avqustun 12-dən etibarən start götürəcək. Bu mərhələnin
nəticələri turnirin pley-off raunduna yüksələcək komandaları
müəyyən edəcək.
“Linkoln” – “Noah” – 1:1;
“Fredrikstat” – “Midtyulland” – 1:3;
“CFR Kluj” – “Braqa” – 1:2;
“AEK Larnaka” – “Legiya” – 4:1;
“Heken” – “Brann” – 0:2;
PAOK – “Volfsberq” – 0:0;
“Zrinjski” – “Bredablik” – 1:1;
“Panatinaikos” – “Şaxtyor Donetsk” – 0:0;
FKSB – “Drita” – 3:2;
“Servett” – “Utrext” – 1:3.