
Bakı. Trend:
Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunda çıxış edən
Kriştiano Ronaldo Portuqaliyanın “Rio Ave” komandası ilə yoldaşlıq
görüşündə het-trikə imza atıb.
Trend xəbər verir
ki, portuqaliyalı hücumçu 44, 63 və 68-ci dəqiqələrdə fərqlənib.
Üçüncü qolunu Ronaldo penaltidən vurub.
Ronaldo bu mövsüm ərzində iki yoldaşlıq oyununda ümumilikdə 4
qol qeydə alıb. İyulun 30-da Fransanın “Tuluza” komandası ilə
keçirilən oyunda da o, komandasına 2:1 hesabı ilə qələbə
qazandırmışdı.
“Əl-Nasr” – “Rio Ave” görüşü 4:0 hesabı ilə yekunlaşıb.
Qarşılaşmanın ilk qolunu isə fransalı müdafiəçi Mohamed Simakan
vurub.