
Bakı. Trend6
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət
Mustafayeva UEFA-dan təyinat alıb.
Qurumdan Trend-ə verilən məlumata görə, o, Konfrans Liqasının
III təsnifat mərhələsində Albaniyada “Eqnatiya” ilə Sloveniyanın
“Olimpiya” komandası arasında keçiriləcək cavab oyununun UEFA
nümayəndəsi olacaq.
Qarşılaşma avqustun 14-də Albaniyanın Rroqojine şəhərində
yerləşən “Eqnatia” stadionda baş tutacaq.