
Bakı. Trend:
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və Şimali Makedoniyanın “Şkendiya” komandaları arasında
keçiriləcək cavab oyununa satılan biletlərin sayı açıqlanıb.
Ağdam təmsilçisindən Trend-ə verilən məlumata görə, artıq qarşılaşma üçün
14 min 500 bilet satılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın
biletlərinin qiyməti, müvafiq olaraq, 5, 10, 20, 30, 75 və 100
manat təşkil edir.
Qeyd edək ki, iyulun 12-də oynanılacaq “Qarabağ” – “Şkendiya”
görüşü saat 20:00-da start götürəcək. İlk matçda Ağdam təmsilçisi
1:0 hesabı ilə qalib gəlib.