“Araz-Naxçıvan”ın müdafiəçisi “Neftçi”yə keçib

İdman

Bakı. Trend:

“Neftçi” yeni transferi İqor Ribeyro ilə 2 illik müqavilə
imzalayıb.

Bu barədə Trend-ə klubun Mətbuat xidmətindən məlumat
verilib.




Bildirilib ki, paytaxt təmsilçisində 5 nömrəli formanı geyinəcək
braziliyalı müdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

Qeyd edək ki, İqor Ribeyro “Neftçi”yə “Araz-Naxçıvan”dan
keçib.