
Bakı. Trend:
“İmişli” futbol klubu heyətini yeni futbolçu ilə
gücləndirib.
Trend xəbər
verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sol cinah müdafiəçisi Tuncay Yusifli ilə 2 illik
müqavilə imzalanıb.
20 yaşlı oyunçu “Sabah”ın əvəzedici heyətindən transfer
olunub.
Qeyd edək ki, “İmişli” 2025-2026-cı illər mövsümündə Azərbaycan
Premyer Liqasında çıxış edəcək.