
Bakı. Trend:
İspaniyanın “Barselona” komandasının aparıcı futbolçusu Robert
Levandovski sıradan çıxıb.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, 36 yaşlı hücumçunun sol budunda əzələ ağrıları
var. Polşalı forvard bu səbəbdən bazar günü Joan Qamper Kuboku
uğrunda İtaliya təmsilçisi “Komo” ilə keçiriləcək matçı
buraxacaq.
Təcrübəli futbolçunun hansı tarixdə yaşıl meydanlara qayıdacağı
məlum deyil.

