“Zirə” – “Şamaxı” matçının yeri və saatı dəyişdirilib

İdman

Bakı. Trend:

“Zirə” – “Şamaxı” yoxlama oyununun saatında və məkanında
dəyişiklik edilib.

Trend xəbər verir ki, bu
barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.




Məlumata görə, qarşılaşma sabah saat 20:45-də “Azərsun Arena”da
start götürəcək.

Qeyd edək ki, daha əvvəl oyunun Bakı Olimpiya Stadionunun
ehtiyat meydançasında keçiriləcəyi və 17:45-də başlayacağı
açıqlanmışdı.

Spread the love