“Bavariya” Almaniya millisinin üzvləri ilə yeni müqavilə imzalayıb

İdman

Bakı. Trend:

“Bavariya” futbolçuları Lennart Karl və Visdom Mayk
ilə yeni müqavilə imzalayıblar.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat
yayıb.

Məlumata görə, yarımmüdafiəçilərlə müqavilənin
şərtləri hələlik açıqlanmayıb.




Almaniyanın 17 yaşadək futbolçulardan ibarət milli
komandasının futbolçuları 2022-ci ildən Münhen təmsilçisinin
üzvüdürlər.

Karl “Bavariya”da debütünü bu yaxınlarda klublararası
dünya çempionatında “Ouklend”lə matçda (10:0) edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir