AFFA və PFL-dən Premyer Liqa klubu ilə bağlı vacib qərar

İdman

Bakı.Trend:

“İmişli” klubuna ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin
stadionunda keçirməyə icazə verilməyib.

Trend xəbər
verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.




Qeyd edilib ki, “İmişli” klubu Quba OİK stadionunda aparılmış
təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında
aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub
cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda
keçirəcək.

Xatırladaq ki, İmişli şəhər stadionu ilə bağlı problemə görə
yerli klub müvəqqəti olaraq ev oyunlarını Quba stadionunda
keçirməklə bağlı PFL-ə müraciət etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir