“Qarabağ” ÇL-də mərhələ adlasa, “Sabah”la oyunu təxirə salınacaq

İdman

Bakı.Trend:

Misli Premyer Liqasının 2025/26 mövsümünün 1-ci turunun “Sabah”
– “Qarabağ” oyunu təxirə salına bilər.

Trend xəbər
verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.




Bildirilib ki, “Qarabağ” Çempionlar Liqasında yoluna davam
edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən, (komandaların
rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah”
– “Qarabağ” matçı təxirə salınacaq.

Xatırladaq ki, “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsinin ilk
görüşü çərçivəsində “Şkendiya”ya qalib gəlib (1:0). Bu komandalar
arasında cavab oyunu avqustun 12-i Bakıda, Tofiq Bəhramov adına
Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir