“Fənərbaxça”dan ayrılan futbolçu Meksika klubuna keçib

İdman

Bakı. Trend:

Ötən mövsüm icarə əsasında “Fənərbaxça”da çıxış etmiş Allan
Sen-Maksimenin yeni klubu müəyyənləşib.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, fransalı vinger karyerasını Meksikada davam
etdirəcək. Sen-Maksimen “Amerika” klubu ilə anlaşıb. 28 yaşlı
futbolçu artıq Meksikadadır.

“Amerika” təcrübəli oyunçu üçün onun müqavilə ilə məxsus olduğu
Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli”yə 12 milyon dollar
təzminat ödəyəcək.