
Bakı. Trend:
Malik Tiyav “Nyukasl”a keçməyə çox yaxındır.
Trend xəbər verir ki,
İngiltərə klubu “Milan”la 24 yaşlı müdafiəçinin transferi barədə 40
milyon avro (bonuslar daxil) məbləğində razılığa gəlib, məlumatı
Fabritsio Romano yayıb.
Transfer üzərində iş son mərhələdədir, futbolçu tezliklə tibbi
müayinədən keçəcək.
Ötən mövsüm Malik Tiyav A Seriyasında 22 oyun keçirib və 2 sarı
vərəqə alıb.