“Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb

İdman

Bakı. Trend:

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu keçidini reallaşdırıb.

Trend xəbər verir ki, klubun
mətbuat xidmətinin yaydığı məlumata görə, komanda son mövsümü
Danimarkanın “Veyle” klubunda keçirmiş sabiq yarımmüdafiəçimiz
Masaki Murata ilə 2 illik anlaşma imzalayıb. Murata “Sumqayıt”
FK-nın heyətində “71” nömrəli formada çıxış edəcək.




Qeyd edək ki, Masaki Murata 2022/23 mövsümünün ikinci yarısı və
2023/24 mövsümündə “Sumqayıt”ın heyətində ümumilikdə 54 oyun
keçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.