“Neftçi” Momo Sako ilə maraqlanır

İdman

Bakı. Trend:

Transfer çalışmalarını sürətləndirən “Neftçi” heyətini
gücləndirmək məqsədilə fəal şəkildə yeni futbolçular
axtarışındadır.

Bu barədə Trend-ə “Neftçi”nin mətbuat xidmətində olan mənbə məlumat verib.

“Ağ-qaralar”a təklif olunan futbolçuların sayı çox olsa da, baş
məşqçi Samir Abasov yalnız müəyyən oyunçuların komandaya
qoşulmasını istəyir.




Onlardan biri “Neftçi”nin danışıqlar apardığı Falaye Sakonun
kiçik qardaşı Momo Sakodur.

23 yaşlı müdafiəçi hazırda Portuqaliyanın “Vilaverdense”
klubunun futbolçusudur və “Neftçi”nin bazasında olduğu bildirilir.
Müqavilənin imzlanıb-imzalanmayacağı yaxın günlərdə
dəqiqləşəcək.