İngiltərə Superkubokunda “Kristal Palas” – “Liverpul” oyunu keçiriləcək

İdman

Bakı. Trend:

Bu gün İngiltərə Superkuboku çərçivəsində “Kristal Palas” və
“Liverpul” komandaları qarşılaşacaq.

Trend xəbər verir
ki, oyun Londonun “Uembli” stadionunda baş tutacaq və görüşü baş
hakim Kris Kavana idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da
start götürəcək.




Qeyd edək ki, ötən mövsümdə 38 turda 84 xal toplayan “Liverpul”
İngiltərə çempionu olub. “Kristal Palas” isə finalda “Mançester
Siti”ni 1:0 hesabı ilə məğlub edərək İngiltərə Kubokunun qalibi
adını qazanıb.

İngiltərə Superkuboku.
Final: “Kristal Palas” – “Liverpul”
10 avqust
Saat 18:00