
Bakı. Trend:
BƏƏ-də ümumi mükafat fondu 125 min dollar olan “Fujairah Global
2025” beynəlxalq şahmat turniri təşkil olunacaq.
Trend-in
məlumatına görə, “Superstars” kateqoriyasında Azərbaycan
şahmatçıları Aydın Süleymanlı və Məhəmməd Muradlı mübarizə
aparacaqlar.
“Masters” yarışında Read Səmədov, Xaqan Əhməd və Şiroğlan
Talıbov, “Open” kateqoriyasında isə Lalə Hüseynova, Məhəmməd
Bağırov və Yaşar Şirinov qüvvələrini sınayacaqlar.
Avqustun 25-də start götürəcək yarış sentyabrın 1-də
yekunlaşacaq.