
Bakı. Trend:
Futbol üzrə İspaniya çempionatının “Barselona” – “Vilyarreal”
oyunu ABŞ-da keçirilə bilər.
Trend-in
məlumatına görə, bu barədə “The Athletic” portalı xəbər verib.
Məlumata əsasən, görüşün Florida ştatının Mayami şəhərində
keçirilməsi planlaşdırılır.
Qeyd olunub ki, İspaniya Kral Futbol Federasiyası bazar ertəsi
bu təklifi müzakirə edəcək, lakin təşkilat bunu təsdiqləsə,
Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol
Assosiasiyaları İttifaqından (UEFA) icazə almaq lazım olacaq.
17-ci turun qarşılaşmasının dekabrın 20-21-də “Vilyarreal”ın
doğma meydanında keçirilməsi nəzərdə tutulub.