“Qalatasaray” Alvaro Morata ilə yollarını ayırıb

İdman

Bakı.Trend:

“Qalatasaray” futbol klubun da ayrılıq yaşanıb.

Trend xəbər
verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, İstanbul təmsilçisi heyətində icarə əsasında
çıxış edən Alvaro Morata ilə vidalaşıb. Onunla müqaviləyə
qarşılıqlı razılıq əsasında xitam verilib.




Müqavilə ilə İtaliya “Milan”ına məxsus olan ispaniyalı hücumçu A
Seriyasının digər təmsilçisi “Komo”ya keçəcək.

Qeyd edək ki, “Qalatasaray” isə Moratanın gedişindən 5 milyon
avro qazanacaq. O, bu ilin fevralında “cim-bom”a keçmişdi.